“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Hər iki yeni qanun layihəsi parlamentin bu gün keçirilən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.