16 C
Baku
Thursday, March 28, 2024

“Yeni qaz qovşağının yaradılması Moskva və Ankaranın marağındadır” – Peskov

Türkiyədə yeni qaz qovşağının yaradılması Moskva və Ankaranın maraqlarına uyğundur, lakin bəzi məsələlər hələ müzakirə olunacaq.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təbii ki, satıcılar da, nəqliyyat da, alıcılar da və sair olmalıdır – bütün bunlar hələ müəyyənləşib”, – deyə o bildirib.

Peskov vurğulayıb ki, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkənin müvafiq qurumları arasında ən qısa zamanda məsləhətləşmələrin aparılması ilə bağlı artıq tapşırıqlar veriblər. Eyni zamanda, hələlik təşəbbüsün həyata keçirilməsi ilə bağlı konkret təfərrüatlar yoxdur, lakin onlar işlənəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər