13 C
Baku
Friday, April 19, 2024

Yeni rüsümlar müəyyən edildi – 250 AZN

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti qanun imzalayıb.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda  aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.23-cü maddə əlavə edilsin:

“2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması.”.

2. Aşağıdakı məzmunda 33-6-cı maddə əlavə edilsin:

“Maddə 33-6. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği

33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması 20 manat

33-6.2. Könüllü dövlət genom qeydiyyatının aparılması 250 manat

Son xəbərlər
Digər xəbərlər