1 C
Baku
Saturday, December 14, 2024

Yenikənd-Biləsuvar yolunda tikinti işlərinin yekunlaşacağı tarix açıqlanıb

Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi üzrə işlərin tərəqqisi qənaətbəxşdir və tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, bu barədə qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun Bankın layihənin icrasına dəstək missiyası ilə görüşündə bildirilib.

Xatırladaq ki, Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi” imzalanıb. Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetirilir.

Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister, nəqliyyat üzrə mütəxəssis Raqub Qarazadə, 2 saylı Layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak ediblər. Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli və gələcək əməkdaşlığın perspektivləri ətraflı şəkildə müzakirə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər