10 C
Baku
Friday, December 13, 2024

Yolda sürət həddini aşmaya görə cərimələrin artırılmasına dair layihə ilk oxunuşdan keçib

Yolda sürət həddini aşmaya görə cərimələrin artırılmasına dair layihə ilk oxunuşdan keçib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər