Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, sədr Samir Qurbanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
S.Qurbanov saytımıza açıqlamasında artıq agentlikdə çalışmadığını təsdiqləyib.
Qeyd edək ki, onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, S.Qurbanov 2020-cı ilin aprelindən bu vəzifəni icra edirdi.