8 C
Baku
Thursday, December 12, 2024

Yunanıstanda 800 000 avroya ada satılır

Egey dənizində yerləşən və 6,5 hektar əraziyə sahib kimsəsiz Kiçik Lesbos adası cəmi 800 000 avroya satışa çıxarılıb. Qeyd edək ki, bu məbləğə Manhettendə kiçik bir mənzil almaq mümkündür.

Obyektin satışı ilə məşğul olan daşınmaz əmlak agentliyinin iddialarına görə, belə təkliflərlə çox nadir hallarda qarşılaşırlar.

Ada Lesbosdan cəmi 200 metr məsafədə yerləşir və tamamilə kimsəsizdir. Kiçik Lesbosun əsl sahibi əvvəllər bu adanı yalnızca daxili bazarda dəfələrlə satışa çıxaran yunandır. İndi isə o beynəlxalq bazara çıxmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər