4 C
Baku
Friday, January 27, 2023

“Yuventus”un yeni prezidenti seçildi

İtaliyanın “Yuventus” klubunun yeni prezidenti bəlli olub.

Bu barədə Turin təmsilçisinə nəzarət edən “Exor” holdinq qərar çıxarıb.

“Qoca sinyora” Canluka Ferreroya tapşırılacaq. O, bir çox şirkətlərdə – “Fincantieri”, “Lavazzara”, “Biotronik”, “Praxi”, “Gedi”, “Nuo”, “Fenera” və “Lifenet”də menecer, mühasib və auditor kimi çalışıb. Ferrero “Piedmont” bankının da vitse-prezidentidir.

Qeyd edək ki, ötən gün “Yuventus”un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X