Zəngilan Beynəlxalq Hava Limanının tikintisi cari ilin sentyabr ayında yekunlaşacaq.
Bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğaldan əvvəl Zəngilan ərazisində 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib.