15 C
Baku
Saturday, May 18, 2024

Zənginliyin qaydaları

  • Zənginliyin  əsasları №1 –sənin xərclərin sənin gəlirlərindən azdır.
  • Zənginliyin əsasları №2 –gəlirlərin bütün artıq hissəsini sənə passiv gəlir gətirən aktivlərə investisiya et.

Birinci addım –özünə əminlik üçün pul ehtiyatının yaradılmasıdır. Orta aylıq xərclərin məbləğini 4-5 ayın sayına artır. Sən mütləq belə bir məbləğə sahib olmalı və onu əlinin altında saxlamalısan (nağd depozit).

Yaxşı olar ki, aylıq gəlirinin 10%-ni bir-başa banka qoyasan ki, elə qarşına ilk çıxan bəzək əşyasını almaq istəyən kimi əlinə cibinə salmayasan, nə də onu bankdan çıxarmağa üzün gəlməsin.

Əgər ay ərzində xərclərin hesabatını aparsan, onda bu 10%-i tapmaq asandır. İstənilən bir insanın pulunun 30%- mənasız şeylərə və boş yerə sərf olunur.

Gəlirlərin artmasının qeydinə qal. Hər ay gəlirlərin heç olmasa 5% artması üçün nə  isə et.  Hər dəfə gəlirin artanda onun yarısını investisiya et, ikinci yarını isə israf edə bilərsən –çünki həyatdan zövq almaq da lazımdır.

İkinci addım – tanıdığın aktivlərə investisiya et (əgər heç birini tanımırsansa öyrənməyə başla).

Səhmlər, istiqrazlar, paylı fondlar, Foreks və hətta kazinoya da investisiya edə bilərsən, amma həzzə uyma. .

Azadlıq –təkcə pulun deyil, həm də ondan zövq almaq üçün vaxtı olması deməkdir.

Muzdlu əməkdaşların azadlıq əldə etməsi daha çətindir, nəinki frilanselərin (sərbəst işçilərin).

Özünütəsdiq, yüksək gəlir və sərbəst vaxt əldə etmək üçün ən optimal seçim öz biznesini qurmaqdır, bu layihə ilə həm də siz insanlara ürəkdən kömək edəcəksiniz. Onlar bunun əvəzini mütləq ödəyəcəklər.

Təkbaşına çox şey edə bilməzsən, vaxt məhduddur. Daha çox işləmək olar, daha çox qazana bilərsən, lakin axır əvvəl  bıçaq sümüyə dirənəcək.

Digər insanların vaxtından istifadə etmək – işləri başqalarına həvalə etməyi  və işlək sistem yaratmağı bacarmaq lazımdır. Bütün bunlar uğurun əsas açarıdır.

Əsas istehlak tələblərinin ödənilməsi üçün çox az pul lazımdır. Amma həyatdan zövq almaq üçün isə nisbətən daha çox pula ehtiyac var. Yerdə qalan hər şey əhəmiyyətsiz və heç kəsin qalib gələ bilməyəcəyi yarış kimi bir şeydir.

Adətən pulu olmayan şəxslər pula daha çox diqqət yetirirlər. Özü də ki, bir düşüncə ilə, mən kasıbam, amma yenə də oğurluq etmirəm.

 Özünün pul ilə bağlı düşüncələrinə aydınlıq gətir. Əgər sənin beynin tarakanlar ilə doludursa, pullar yenə də səndən yan qaçmağa davam edəcək.

Zənginlik aylar ilə ölçülür. Məsələn, əgər sən indiki qədər işləməsən neçə ay yaşaya bilərsən?

Milyon dollar –mənasız bir şeydir, hədəf deyil. Hədəflər –var olmaq, etmək və sahib olmaqdır. Bu tapşırıqları isə manatla da hesablamaq olar.

Yuxarı dartmaq daha çətindir, nəyinki nəyisə aşağı çəkib salmaq. Əgər sənin ətrafında pula mənfi, neqativ yanaşan insanlar çoxdursa, onlar özlərinə və öz arzularına inanmırsa –sən də çox tezliklə bu xəstəliyə yoluxa bilərsən.

Hər gün rifahın əldə edilməsi istiqamətində bir addım atın. Kiçik-kiçik addımlar olsa belə, amma bunu edin. Tendensiya sizin başladığınız startdan daha vacibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər