10 C
Baku
Thursday, December 12, 2024

Zəyəm Texnologiyalar Parkına yeni rəhbər təyin edildi

Şəmkirdə metal konstruksiya, kənd təsərrüfatı avadanlqıqları və dəqiq metal məhsullarının istehsal edən “Zəyəm Texnologiyalar Parkı” Açiq Səhmdar Cəmiyyətinin (ZTP) yeni baş direktoru təyin edilib.

Bu barədə Banker.az Cəmiyyətə yaxın mənbədən məlumat əldə edib.

Məlumata görə, iyun ayından etibarən ZTP-yə Vüqar Sadıqzadə Əyyub oğlu ZTP-nin rəhbərlik – baş direktorluq edəcək. O, bu vəzifədə Elxan Hacıyev Çingiz oğlunu əvəzləyib.

Vüqar Sadıqzadə buna qədər “Azertenolayn” MMC və “EmbaWood” MMC-də çalışıb.

ZTP şirkəti hüquqi şəxs kimi 2002-ci ildə yaradılıb. Onun səhm kapitalı 18 305 246 manatdır. Şirkətin səhmlərinin 91%-i “Azmade Group” MMC-dir. Emin Bağırov Parkın Müşahidə Şurasının sədridir. Zəyəm Texnologiyalar parkının əsası isə 1962-ci ildə qoyulmuş və “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyətə başlamışdır.

1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir.

30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən “Zəyəmkəndmaş” ASC-nin adı “Zəyəm Texnologiyalar Parkı” ASC olaraq dəyişdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər