9 C
Baku
Friday, December 13, 2024

Zəyəm Texnologiyalar Parkının yığılmış zərəri ₼18 milyona çatıb

“Zəyəm Texnologiyalar Parkı” ASC 2022-ci ili də zərərlə başa vurub və bununla da onun balansındakı illərin yığılmış zərəri 18 milyon manata yüksəlib.

Banker.az ZTP-nin illik audit hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, Zəyəm Texnologiyalar Parkı 2022-ci ildə 5.4 milyon manat gəlir əldə etdiyi halda, 4.76 milyon manat satışın maya dəyərinə xərc çəkib. Gəlirləri illik müqayisədə 45 faiz azalıb.

Digər tərəfdən 0.68 mln manat ümumi və inzibati xərclər 1.83 mln. manat isə əsas vəsaitlərin amortizasiyasına xərc çəkib.

Beləliklə, 2022-ci ildə 1.91 mln. manat zərər edib. 2021-ci ildə onun zərəri 5.79 mln. manat idi.

Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialının bazasında 2002-ci ildə, “Zəyəmkəndmaş” adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Onun nizamnamə kapitalı 18 305 246 manatdır. Onun kapitalının 97.07%-i “Azmade Group” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər