21 C
Baku
Thursday, April 25, 2024

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın müdafiə naziri Məhəmmədrza Aştiyani ilə görüşüb.

Görüşdə nazirlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması haqqında müzakirə aparıb.

M.Aştiyani iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zərurətini vurğulayıb. “İki ölkə xalqının mədəni və tarixi bağlılıqlarını nəzərə alaraq, Azərbaycan və İran arasında əlaqələr müxtəlif sahələrdə daha da inkişaf etdirilməlidir. Təhlükəsizlik sahəsində müştərək əməkdaşlığın inkişafı çox önəmlidir. İki ölkənin geosiyasi xüsusiyyətlərini nəzərə alaraq ölkələr arasında əlaqələrin inkişafı üçün geniş potensial var”.

Görüşdə Z.Həsənov İrana Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsinə görə təşəkkürünü bildirib.

Z.Həsənov İranın müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Müdafiə naziri iranlı həmkarını Bakıya rəsmi səfərə dəvət edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər