10 C
Baku
Monday, November 25, 2024

“Zara”nın sahibi Rusiyadakı biznesini satır

“Zara”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Massimo Dutti”, “Stradivarius” və başqa brendlərə sahib olan İspaniyanın “Inditex” qrupu Rusiyadakı biznesini Rusiya hökumətinin yurisdiksiyasında qeydiyyatdan keçmiş üçüncü şirkətə vermək niyyətindədir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Inditex”in Rusiyadakı törəmə şirkəti Cənub-Şərqi Asiya və ya Fars körfəzi ölkələrində françayzilərə verilə bilər. Nəşrin başqa bir mənbəsi göstərirdi ki, “Inditex”in Rusiya aktivləri BƏƏ-dən olan tərəfdaşa verilə bilər. Çox güman ki, Inditex Rusiya biznesinin tərəfdaşlara ötürülməsi altı aydan bir ilə qədər çəkəcək.

Mağazaların bağlanması bu il martın 5-də məlum olub. Aprel ayında “Inditex”in baş direktoru Rusiya bazarına “mümkün qədər tez” qayıtmaq niyyətində olduğunu açıqlayıb. O, Rusiyada “şərtlər imkan verən kimi” mağazaları açacağına söz verib. Lakin sonradan bu məlumat “Knight Frank Russia” şirkətinin daşınmaz əmlak departamenti tərəfindən təkzib edilib.

Son xəbərlər
Digər xəbərlər