23 C
Baku
Tuesday, May 21, 2024

Zelenski AŞPA-da Türkiyəyə təşəkkür edib

Ukrayna Prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyası zamanı videokonfrans vasitəsilə çıxış edib.

O, çıxışında Ukraynaya dəstək olan ölkələrə təşəkkür edib, bu ölkələr sırasında Türkiyənin də adını çəkib.

Zelenski, “Azov” alayının hərbi əsirlərinin geri qaytarılmasında oynadığı rola görə Türkiyəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən ay Zelenski Rusiyanın 215 məhbusu, o cümlədən ukraynalı sərhədçilər, polislər, hərbçilər və həmçinin “Azov” döyüşçülərini azad etdiyini açıqlamışdı. Əsir mübadiləsi Türkiyənin vasitəçiliyindən sonra, ciddi məxfiliklə aparılan danışıqlar nəticəsində aparılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər