1 C
Baku
Saturday, December 14, 2024

Zelenski Britaniyaya gedir

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya gedir.

Bu barədə Böyük Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Prezident Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək.

Zelenskinin Londona səfəri ötən ilin dekabrında Vaşinqtona səfərindən sonra ölkə xaricinə ikinci səfəridir.

Zelenski Ukrayna hərbçilərinin Britaniyadakı təlimini izləyəcək.

“Prezident Zelenskinin Böyük Britaniyaya səfəri onun ölkəsinin cəsarətinin, qətiyyətinin və mübarizəsinin, iki ölkəmiz arasındakı sarsılmaz dostluğun sübutudur. 2014-cü ildən bəri Böyük Britaniya Ukrayna qüvvələrinə öz ölkələrini müdafiə etmək, suverenliyini qorumaq və əraziləri uğrunda döyüşmək imkanı verən vacib təlimlər keçib. Mən fəxr edirəm ki, bu gün biz bu təlimi əsgərlərdən dəniz piyadalarına və döyüş təyyarəsi pilotlarına qədər genişləndirəcəyik və Ukraynanın gələcəkdə öz maraqlarını yaxşı müdafiə edə biləcək hərbçilərə malik olmasını təmin edəcəyik”, – Britaniya Ba. naziri Sunak deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər