15 C
Baku
Thursday, March 28, 2024

Zelenski: “Günə azı 10 ədəd İran dronu vururuq”

“Biz hər gün azı 10 ədəd İran PUA-sı vururuq. İran rejimi iddia edir ki, onları tam miqyaslı işğal başlamazdan əvvəl və bir az verib. Yalnız ötən gün ərzində 11 “Şahid” məhv edilib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatları necə istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, – dövlət başçısı vurğulayıb.

Zelenski həmçinin dəniz pilotsuz uçan aparatları üçün vəsait toplama platformasının yaradıldığını anons edib.

Son xəbərlər
Digər xəbərlər