Ukrayna prezidenti Vladimir Zelenski məmurlara müraciət edərək, kabinetlərindən onun portretlərini yığışdırmağa və uşaqlarını şəkillərini yerləşdirməyə, hər bir qərarı qəbul etməzdən əvvəl onların gözlərinə baxmağa çağırıb.
“112 Ukrayna”ya istinadən, Zelenski andiçmə mərasimindəki çıxışında bildirib:
“Çox istərdim ki, kabinetlərinizdə mənim şəkillərim olmasın. Zəhmət olmasa, olmasın. Çünki prezident ikona və ya idol deyil. Prezident portret deyil. Oradan öz uşaqlarınızın şəkillərini asın və hər bir qərardan əvvəl onların gözlərinə baxın”.
Virtual Azərbaycan