14 C
Baku
Thursday, May 2, 2024

Zelenski: “Minsk razılaşmalarının təkrarlanmasına imkan verməyəcəyəm”

“Mən prezident olduğum müddətdə Minsk razılaşmalarının təkrarlanmasına imkan verməyəcəyəm”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “L’Express” jurnalına müsahibəsində bildirib.

“Rusiyanın vədlərinə etibar etmək olmaz. Heç kim vəziyyəti donduracaq və Minsk razılaşmalarının müşayiətilə Şərqdə baş verənləri xatırladacaq atəşkəsə inanmır”, – deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, bu razılaşmalar münaqişəni qısa müddətliyinə dayandırıb, lakin “sonra Rusiya genişmiqyaslı işğala başlayacaq”.

Qeyd edək ki, bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümüdür. Fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər