9 C
Baku
Friday, December 13, 2024

Zelenski ölkə vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb.

Zelenski bu barədə məlumatı öz teleqram kanalında paylaşıb.

“Genişmiqyaslı müharibənin 229-cu günü. 229-cu gündə bizi məhv etməyə və Yer üzündən tamamilə silməyə çalışırlar. Təəssüflər olsun ki, ölən və yaralananlar var. Xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və sevdiklərinizi qoruyun”, – deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini raket atəşinə tutub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər