5 C
Baku
Friday, March 29, 2024

Zelenski: “Taxıl ixracı ilə bağlı Türkiyə və BMT-yə güvənirik”

“Ukrayna İstanbulda imzalanmış sazişə uyğun olaraq Qara dəniz vasitəsilə taxıl ixracına başlayacaq”.

Bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib.

“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir, ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, – o deyib.

Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı müvafiq sazişlər imzalanıb:

“Biz taxıl ixracı ilə bağlı müvafiq sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər