1 C
Baku
Saturday, December 14, 2024

Zelenski xarici şirkətlərin Rusiyadan tamamilə çıxmasına çağırış edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı maksimum sanksiyaların tətbiqinə çağırış edib.

Banker.az xəbər verir ki, bu barədə Zelenski İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ilk günündə virtual çıxışı zamanı deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün neft embarqosu da daxil olmaqla, bütün Rusiya banklarını bloklamaq və Rusiya ilə ticarəti tamamilə kəsmək istiqamətində sanksiyalar daha çox tətbiq edilməlidir.

“Sanksiyalar maksimum olmalıdır ki, Rusiya və qonşusuna qarşı amansız müharibə aparmaq istəyən hər bir potensial təcavüzkar öz hərəkətlərinin nəticələrini aydın bilsin”, – Zelenski vurğulayıb.

O, bunun gələcək onilliklər üçün işləyəcək bir presedent ola biləcəyini deyib.

Ukrayna Prezidenti həmçinin müharibəyə dəstək verməmək üçün xarici şirkətlərin Rusiyadan tamamilə çıxmasına çağırış edib.

Zelenski qeyd edib ki, Ukrayna xalqının cəsarəti demokratik dünyanın həmrəyliyini daha da gücləndirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər