15 C
Baku
Friday, March 29, 2024

Zelenski yalnız bu halda Rusiya ilə dialoqa razılaşacaq

“Əgər ruslar geri çəkilsələr və dəhşətli səhv etdiklərini etiraf etsələr, o zaman biz dialoq formatı axtara bilərik”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Son damla sentyabrda Ukraynanın dörd regionunu: Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz olaraq birləşdirən ilhaq referendumları oldu. Ancaq əgər ruslar geri çəkilsələr və dəhşətli səhv etdiklərini etiraf etsələr bundan sonra biz dialoq formatı axtara bilərik. Ancaq ərazimizi işğaldan azad etmək üçün biz minlərlə insanımızın həyatını qurban verməyə davam edəcəyiksə, düşünürəm ki, bu, illərlə prosesə mane olacaq”, Ukrayna Prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər