1 C
Baku
Saturday, December 14, 2024

Zimbabve ABŞ dollarına analoq olan kvazivalyuta buraxdı

Zimbabve Ehtiyat bankı ölkədə yaşanan nağd pul çatışmazlığı ilə mübarizə aparmaq məqsədilə bazar ertəsi kvazivalyuta, yəni xüsusi borc qəbzi buraxdı. Sadə yerli əhalinin əksəriyyəti yeni pulların iqtisadi xaos yaradacağından, əmanətləri məhv edəcəyindən və kütləvi maliyyə çətinliyinə səbəb olacağından qorxurlar. Bankın verdiyi məlumata görə, kvazivalyuta ölkədə yaşanan valyuta çatışmazlığı “iflic”-ini yüngülləşdirəcək. Lakin onun tətbiq edilməsi 2008-ci ildə baş verdiyi kimi fəal pul çapını stimullaşdıra bilər. 2009-cu ildə yalnızca dolların rəsmi valyuta elan edilməsindən sonra ölkədəki iqtisadi böhranı dayandırmaq mümkün oldu.

Yeni kvazivalyuta – Zimbabvedə ABŞ dollarının şəxsi versiyasıdır. 2 və 5 dollar nominalında olan və ümumi məbləği 10 milyon dollar təşkil edən yeni dollarlar dəyər etibarilə ABŞ dollarına bərabər olacaq.

Zimbabve sakinləri 2009-cu ildən etibarən Çin yuanı da daxil olmaqla bir çox xarici valyutalardan istifadə edirlər. Lakin ABŞ dolları ölkədə ən populyar valyuta olaraq qalmaqdadır. Lakin bununla belə, əksər hallarda yerli banklarda nağd pul çatışmazlığı yaşanır.

Son xəbərlər
Digər xəbərlər