6 C
Baku
Sunday, December 15, 2024

Ziraat Bank Azərbaycan Talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib!

®Sosial yönümlü layihələrə fəaliyyətində hər zaman böyük önəm verən “Ziraat Bank Azərbaycan”  bu dəfə də Talassemiyadan əziyyət çəkən uşaqlara dəstək oldu. Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi ilə Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın Baş Ofisində Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilmişdir.

Qeyd edək ki, Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirilən bu layihə 14 iyun-Ümumdünya Qan Donoru Gününə həsr edilmiş və  “Qan ver-yaşat” şüarı altında həyata keçirilmişdir. Qanvermə aksiyasında Bankın Baş ofis ve filial  əməkdaşları iştirak etmişdir. Aksiya zamanı donorlarlardan toplanılan qan yoxlanılaraq talassemiyadan əziyyət çəkən uşaqların istifadəsinə təqdim ediləcəkdir.

Məlumat üçün qeyd edək ki, “Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir.  Bu xəstəlikdən əziyyət çəkən uşaqlar hər ay qan köçürülməsinə ehtiyac duyurlar.  

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Foto 3 1

Foto 2 1

Son xəbərlər
Digər xəbərlər