Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC-yə yeni transfer olub.
Banker.az xəbər verir ki, Sevinc Nəsirova “Ziraat Bank Azərbaycan”nın Əməliyyat departamentinin direktoru təyin edilib.
O, bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından başlayıb.
S.Nəsirova 2019-cu ilin sentyabrından 2021-ci ilin martına qədər “Rabitəbank” ASC-nin Biznesin inkişafı departamentinin direktor müavini, 2021-ci ilin martından 2021-ci ilin sentyabrına qədər həmin departamentin direktoru kimi çalışıb.
2008-2017-ci illər ərzində isə “Dəmir Bank” ASC-də (ləğv edilib) çalışıb və onun da son bir ilini departament rəhbəri kimi çalışıb.