12 C
Baku
Wednesday, December 11, 2024

“Ziraat Bank Azərbaycan”ın İdarə heyətinə daha bir üzv seçildi

İdarə Heyətinin üzvü büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini də tutur

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha üzv seçilib.

Vüqar Rəfiyev İdarə Heyətinin üzvü seçilib.

Eyni zamanda, V. Rəfiyev büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini tutur.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri vəzifəsinə Avni Demirci gətirilib.

A. Demirci bundan öncə “Ziraat Bank (Moskva)” QSC-nın Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Onun müavini vəzifəsinə isə Alptekin Sarıgöl təyin olunub. A. Sarığöl bundan əvvəl “Azər-Türk Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.

Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.

APA

Son xəbərlər
Digər xəbərlər