6 C
Baku
Sunday, December 15, 2024

“Ziraat Bank Azərbaycan”ın Mərkəzi Bankın notlarına marağı artıb

“Ziraat Bank Azərbaycan” ASC 2023-cü ildə ilk dəfə investisiya portfelinə Azərbaycan Mərkəzi Bankının notlarını daxil edib.

Banker.az xəbər verir ki, bu barədə bankın hesabatında qeyd edilir.

Hesabata əsasən, ötən ilin sonuna 15.92 mln. manat olub. Bu 2022-ci ildə bankın portfelində not yox idi. Mərkəzi Bankın notları bankın investisiya portfelində ən böyük paya sahib olan qiymətli kağızdır.

“Ziraat Bank Azərbaycan”nın ümumilikdə investisiya portfeli 56 faiz artımla 49.49 mln. manata yüksəlib. Portfeldə 6.8 mln. manatı “SOCAR Polymer Investment” MMC-nin ABŞ dollarındakı istiqrazları, 6.65 mln. manatı Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin  dollarda istiqrazları, 6.37 mln. manatı “Turkcell İletisim Hismetleri” ASC-nin dollar istiqrazları, 5.95 mln. manatı “Türkiye Vakıf Bankası”ının dollar istiqrazları, 3.59 mln. manatı “Türk Telekomunikasiyon”un dollar istiqrazları, 2.02 mln. manatı isə “Unibank” ASC-nin istiqrazlarıdır.

Son xəbərlər
Digər xəbərlər