7 C
Baku
Sunday, December 15, 2024

“Zoom”un prezidenti gözlənilmədən işdən çıxarıldı

“Zoom” videozəng xidmətinin prezidenti Qreq Tomb heç bir izahat verilmədən işdən çıxarılıb.

Bu, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi sənəddən məlum olub.

Bildirişdə deyilir ki, “Zoom”un Direktorlar Şurası bu qərarı fevralın 28-də verib. Qərar martın 3-dən qüvvəyə minib.

Vurğulanıb ki, Tomb əmək müqaviləsinin “səbəbsiz işdən çıxarılma” bəndinə uyğun olaraq ona çatacaq təzminatı alacaq.

Şirkət başqa təfərrüatları təqdim etməyib.

Qeyd edək ki, Qreq Tomb “Google”da keçmiş top-menecer, həmçinin proqram təminatı istehsalçısı SAP-ın keçmiş prezidentidir. O, 2022-ci ilin iyununda “Zoom”un prezidenti seçilib.

Son xəbərlər
Digər xəbərlər