Gənc milyarder Mark Zuckerberg həyat yoldaşı ilə birlikdə xəstəliklərə qarşı “müharibə” elan edib.
Xarici mediaya istinadən məlumat görə, 50-yə yaxın elm sahəsində çalışan insana 50 milyon dollarlıq sərmayə edən Zuckerberg xəstəliklərə çarə tapacaq.
Xəstəliklər ilə mübarizə istiqamətinə ciddi diqqət ayıran Facebook CEO-su Mark Zuckerberg həyat yoldaşı Priscilla Chan ilə bu mövzuda əhəmiyyətli bir addım atıb.
Bütün xəstəlikləri müalicə etmək və yaxşılaşdırmaq planı olan Zuckerberg hədəfinə çatmaq üçün qarşıdakı 5 il ərzində onlarla elmi insanına vəsit ayıracağını açıqlayıb.
Belə ki, bu əhəmiyyətli addım Zuckerberg və Chan tərəfindən idarə olunan bir qurum- Chan-Zuckerberg Təşəbbüsü (CZI) tərəfindən atılır.
Qeyd edək ki, ötən ilin sentyabr ayında 3 milyard dollarlıq maliyyə ilə fəaliyyətə başlayan proqramın məqsədi, elmi araşdırmalara uzun müddətli investisiyalar edərək XXI əsrin sonuna qədər bütün xəstəlikləri müalicə etməkdir.
Bildirilir ki, bu startapın hissəsi olan tibbi araşdırma təşkilatı- Chan-Zuckerberg Biohub araşdırmalar üçün 50 milyon dollarlıq fond ayıracağını açıqlayıb.
Məlumata görə, proqrama 700-dən çox müraciət olub və 47 nəfər seçilib. Beləliklə, 50 milyon dollarlıq fond 5 il üçün bu 47 adamın araşdırmalarına xərclənəcək.
UCF, Berkley və Stanford olmaq üzrə 3 fərqli universitet ilə əməkdaşlıq edən Biohub-un həmsədri professor Cozef DeRisi məsələ ilə bağlı bildirib ki, həm Mark, həm də Priscilla elm mövzusunda olduqca həvəsli insanlardır:
“Onlar yeni şeylər öyrənməyi və araşdırmaların ən uc nöqtələrinə çatana qədər detallarını bilməyi xoşlayır. Biohub olaraq ciddi sağlamlıq problemlərinin həllinə istiqamətli araşdırmalar edirik və ən yaxşı, istedadlı bioloqları, elm insanlarını, mühəndisləri və texnoloqları tapıb, dəstəkləyirik”.