17 C
Baku
Monday, May 13, 2024

Zuckerberg evini rekord məbləğə satıb

“Meta” şirkətinin təsisçisi Mark Zuckerberg San-Fransiskodakı malikanəsini 31 milyon dollara satıb. Bu, 2022-ci ildə şəhərin daşınmaz əmlak bazarında ən bahalı sövdələşmə olub. “Mansion Global” vurğulayır ki, iş adamı satışdan yaxşı pul qazanmağı bacarıb – bir vaxtlar ev ona üç dəfə ucuz qiymətə başa gəlib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Zuckerberg və həyat yoldaşı Prisçilla Çan San-Fransiskodakı mülkü 2012-ci ildə alıblar. Onlar 1928-ci ildə tikilmiş malikanə üçün təxminən 10 milyon dollar ödəyiblər.

Eyni zamanda, cütlük dörd yataq və vanna otağı olan köhnə evin yenidən qurulmasına xeyli xərc çəkiblər – onun sahəsini 685 kvadratmetrdən 850 kvadratmetrə qədər artırıblar.

Zuckerberg və həyat yoldaşının evinin kimə satıldığı məlum deyil. Jurnalistlər alıcı haqqında ancaq onun Delaverdə yaşadığını öyrəniblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər