7 C
Baku
Sunday, December 15, 2024

Zukerberq Maskı döyüşdən yayınmaqda günahlandırıb

“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask döyüşə qeyri-ciddi yanaşır və döyüş üçün təklif olunan tarixi təsdiqləməkdən yayınır, bunu “Meta” şirkətinin təsisçisi Mark Zukerberq bildirib.

“Mask real tarix haqqında ciddi düşünəndə mənimlə necə əlaqə quracağını bilir. Hələlik davam etmək vaxtıdır. Diqqətimi bu idmana ciddi yanaşan insanlarla yarışmağa yönəldəcəm”, – Zukerberq deyib.

Xatırladaq ki, Mark Zukerberq avqustun əvvəlində Maskla döyüşməyə hazır olduğunu bildirib və 26 avqust tarixini seçib. Həmin gün Mask boynunun və kürəyinin MRT-dən keçəcəyini bildirib. O, sumo güləşçisi ilə döyüşdən sonra bel ağrısından şikayətlənib.

Ümumilikdə, döyüş keçirməyi İlon Mask təklif edib. Buna səbəb “Meta”nın Twitter-ə rəqib olan “Threads” tətbiqini yaratması olub.

Son xəbərlər
Digər xəbərlər