20 C
Baku
Thursday, May 2, 2024

Zukerberqin sərvəti bir gündə $12 mlrd. artıb

“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin şəxsi sərvəti şirkətin səhmlərinin 21% bahalaşması hesabına bir gündə 12 milyard dollar artıb. “Business Insider” yazır ki, bazarda nikbinlik şirkətin xərclərini azaltması və bir çox işçini ixtisar etməsi ilə bağlıdır.

“Bloomberg Billionaires Index”ə görə, Zukerberqin şəxsi sərvəti 57.2 milyard dollara çatıb və o, reytinqdə 21-ci yerə yüksəlib. Xatırladaq ki, 2022-ci ilin əvvəlində Zukerberqin sərvəti 125 milyard dollar olaraq qiymətləndirilib.

Banker.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.

Kəskin eniş 2022-ci ildə “Meta” səhmlərinin ucuzlaşması ilə əlaqəli olub. 2022-ci ilin noyabrında Zukerberq kütləvi ixtisarlar barədə məlumat verib. Şirkət təxminən 13% və ya 11 min işçini ixtisar edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər