15 C
Baku
Friday, April 26, 2024

Əfqanıstanda qida çatışmazlığı rekord həddə çatıb

Əfqanıstanda qida çatışmazlığının səviyyəsi bütün zamanların ən yüksək həddə çatır və ölkənin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.

Bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə hər ikinci insan qidalanma ilə bağlı problemlər yaşayır. 40 milyon əhalisi olan ölkədə 7 milyon uşaq (5 yaşdan aşağı) və analar pis qidalanır.

O, 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsinin milyonlarla insanı daha da yoxsullaşdırdığını və eyni zamanda beynəlxalq yardımın dayandırıldığını qeyd edib.

F.Kropf əlavə edib ki, Əfqanıstanın humanitar böhranın qarşısını almaq üçün heç bir resursu qalmayıb.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər