10 C
Baku
Friday, December 13, 2024

Əhalinin “Günay Bank”a yerləşdirdiyi müddətli depozitlər azalmaqdadır

Əhalinin son illərdə “Günay Bank” ASC-yə “inamının” azaldığı müşahidə edilir.

Banker.az bankın 2021-ci il üzrə audit hesabatına istinadən xəbər verir ki, fiziki şəxslərin müddətli depozitlərin həcmi ötən il 4%, yaxud 1.61 mln. manat azalıb.

Fiziki şəxslərin müddətli depozitlərinin həcmi 1 yanvar 2022-ci il tarixinə 41.01 mln. manata düşüb.

Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.

Göründüyü kimi, ölkədə əhalinin banklardakı müddətli depozitlərinin artdığı dövrdə, “Günay Bank” ASC-də azalır. Banker.az cədvəldəki bütün rəqəmləri kommersiya bankının illik audit hesabatlarına istinadən xəbər verir.

Bankın hesabatında qeyd edilir ki, hesabat müddəti ərzində müddətli depozitlərin illik ödəniş faizləri 1-9% dərəcəsi intervalında təşkil edib.

uq423

Bu bankın adı yaxın keçmişdə depozitlə bağlı yaxşı hadisələrlə xatırlanmır. 2021-ci ildə və onda öncəki zamanlarda vəzifəli şəxslərin “qanunsuz əməlləri” ilə bağlı bank haqqında məlumatlar yayıldı.

Bankın 7 saylı filialının müdir müavini olmuş Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da qanunsuz olaraq, xüsusilə külli miqdarda –  780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.

Bank bunun üstünü təkziblə ört-basdır etməyə çalışsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu bildirdi ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən – 29 sentyabr 2021-ci il tarixədək çalışmışdır.

“Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilmiş, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanmış və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunmuşdur” – deyə həmin press-relizdə bildirilirdi.

Daha əvvəllər isə, ölkə bank tarixində nadir hadisələrdən biri –  “Günay Bank”ın illər öncə İdarə Heyətinin sədr müavini olmuş Emin Zeynalovun bank əmanətlərini mənimsəyərək bankdan çıxarmasına dair məlumatlar mediada tirajlanmışdı. Məhkəmə proseslərində bildirilirdi ki, Emin Zeynalov “GünayBank” ASC-nin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər