6 C
Baku
Sunday, December 15, 2024

Əhalinin nağd dolları “yastıq” altından çıxmağa başladı

2022-ci ilin aprel ayında Azərbaycanda nağd ABŞ dollarına olan tələb düşüb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin aprel ayında banklar əhaliyə öncəki ayla müqayisədə 37% az, 164.16 milyon nağd ABŞ dolları satıblar. Əvəzində isə banklar əhalidən 167.8 milyon nağd dolları alıblar. Bu da öncəki ayla müqayisədə 67% artım deməkdir.

Bu durum isə onu deməyə əsas verir ki, əhali apreldə yastıq altında olan dollarlarını yenidən banklarda konvertasiya etməyə gəlməyə başlayır. Beləliklə, əhalinin yastıqları altından 3.6 mln. dollar banklara axıb. (Aşağıdakı verilən cədvəldə tam əks olunub)

2021-ci ildə də belə idi. Məsələn, 2021-ci ilin aprelindən sentyabrınadək əhalinin banklara satdığı dollar aldıqlarını üstələyirdi.

2022-ci ildə dünya birjalarında enerji daşıyıcılarının qiyməti Rusiya-Ukrayna müharibəsi fonunda təchizat zəncirində yarana biləcək qırımla riskləri və pandemiyadan sonra bərpa olunan iqtisadiyyatlar – hansı ki, bu da bir tərəfdən onlara tələbi yüksəldir –  səbəbi ilə bahalaşır. Brent neftinin qiyməti müharibə başlayandan bu tərəfə barelə görə 100-115 dollar aralığında qismən komfort tapıb.

e234234242342

Nəticə etibarı ilə Azərbaycanın 90% ətrafında ixrac payında yer alan neft və qazının yüksək olması yerli əhali üçün manatın sabit məzənnəsində olacağı təəssüratını yaradır. İxrac yüksəlib, ticarət balansındakı və tədiyyə balansındakı profisit manatın məzənnəsini real effektiv məzənnəsini gücləndirib.

Aprel ayında Azərbaycan Mərkəzi Bankına yeni sədr seçilən Taleh Kazımov da manatın üzən məzənnəsinin keçidə hazır görmür. O sonuncu press-konfransda deyirdi ki, bunun üçün daha fundamental yanaşma tələb edilir. 38 yaşlı baş bankir hazırda geosisyasi və geoiqtisadi vəziyyəti  şəraiti nəzərə alaq tədiyyə balasının cari əməliyyat hesabının profsitini, ümumiyyətlə fiskal büdcənin profsitini, inflyasiyanın artımını nəzərə almaqla “sözsüz ki, ən doğrusu sabit məzənnə rejimində davam etməkdir” demişdi.

“O rejimə keçməmişdən öncə infrastrukturda və pul siyasətində maliyyə sektorunda  dəyişiklikləri  fundamental olmalıdır”.

Banker.az analitikləri may ayı üçün aprel ayından əhalinin banklardan daha az həcmli ABŞ dolları alacağını, hətta əhalinin banklara satdığı dolların daha üstün olacağını proqnoz edir.

“Mərkəzi Bankda ARDNF-in artıq yeddi valyuta hərracı gerçəkləşib və plan biri qalıb. Hərraclarda cəmi 258 mln. ABŞ dolları satılıb. Bu da son üç ildə qeydə alınmış ən aşağı rəqəmdir. Ehtimal edilmir ki, ARDNF-in may ayındakı cəmi dollar satışı 300 mln. manata çatsın”- deyə, analitik qrup bildirir.

 

Son xəbərlər
Digər xəbərlər