6 C
Baku
Sunday, December 15, 2024

Əhalinin nağd $1.6 mlrd.-nı banklarda manata dəyişib – Yastıq altından banklara valyuta axını

Azərbaycanda əhali tərəfindən yastıq altından banklara dollar satışı yüksəlməkdə davam edir.

Banker.az xəbər verir ki, 2022-ci ilin sentyabrında banklar əhalidən aldıqları nağd həcmi 248 milyon ABŞ dolları olmaqla avqustdan 22% çoxdur.

Banklar tərəfindən əhaliyə 199 milyon ABŞ dolları nağd valyuta satılmaqla aylıq müqayisədə 41% artmış olub.

Bununla da sentyabrda əhalinin yastığı altından banklara 49 milyon dollarlıq axın baş verib. Bankların əhalidən nağd dollar alışı satışı apreldən üstələyib və son 5 ay ərzində banklar əhalidən nağd 264 milyon dollar alıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu uzun müddətdir valyuta bazarında olan tələb-təklifə müdaxilə etməklə valyuta bazarı balansını qorumağa çalışır. Hərracları təşkil edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov son faizə dair mətbuat konfransında bildirmişi ki, milli valyutaya tələb var, ona görə valyuta bazarı institutlar üçün alışyönümlüdür. Dövlət Neft Fondu bu il valyuta bazarında 820 mln. dollar qənaət edib. Eləcə də, bu fürsətdən istifadə edən AMB, manat satıb, 967 mln. dollar alış edib.1313131312

Beləliklə, 2022-ci ilin ilk üç ayında banklar əhalidən 1 milyard 577 milyon dollar alıb, 1 milyard 815 milyon dollar satıblar. İlin ilk rübündə ABŞ dollarına olan tələb səbəbindən, hələ ki, ilk üç rüb üzrə satış alışı üstələyib və axın hələ ki, əhali istiqamətədir – 238 mln. manat.

Ötən ilin müvafiq dövründə banklar əhalidən cəmi 1 milyard 053 milyon dollar almış, 1 milyard 198 milyon dollar satmışdılar.

Uzun müddətdir bankların əhalidən aldığı nağd dolların satışı üstələməsi konvertasiya məzənnəsini rəsmi məzənnədən (1.7000) aşağı həddə salıb. Konvertasiya məzənnəsi USD/AZN cütlüyü üçün 1.6985 səviyyəsində olub.

 

Son xəbərlər
Digər xəbərlər