6 C
Baku
Sunday, December 15, 2024

Əlcəzair hava məkanını Fransa hərbi təyyarələri üçün bağlayıb

Əlcəzair hava məkanını Afrika sahillərində missiya həyata keçirən Fransa hərbi təyyarələri üçün bağlayıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Əlcəzair və Paris arasında əlaqələr Fransa Prezidenti Emmanuel Makronun keçmiş müstəmləkələr barədə çıxışından sonra kəskinləşib. E. Makron cümə axşamı Əlcəzairdə müstəqillik uğrunda mübarizəyə qarşı döyüşmüş fransızların nəvələri ilə görüşdə deyib ki, Əlcəzairin rəsmi tarixi həqiqətlərə əsaslanaraq deyil, Fransaya nifrət üzərində yazılıb.

Əlcəzair bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib və Parisdəki səfirini məsləhətləşmək üçün geri çağırıb.

Əlcəzair Prezidentinin ofisi dünən Parisin ünvanına sərt bəyanat verib. Bəyanatda E. Makronun sözləri Əlcəzairin azadlığı uğrunda canından keçmiş 5 630 000 şəhidin ruhuna təhqir kimi qiymətləndirilib. Qeyd edilib ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik cinayətləri saysız-hesabsızdır və insanlıq əleyhinə soyqırımdır. Vurğulanıb ki, bu cinayətlər faktların manipulyasiyasına və yumşaldıcı şərhlərə məruz qala bilməz.

 

Son xəbərlər
Digər xəbərlər