-1 C
Baku
Sunday, December 15, 2024

Əmlak dəyəri 1 milyon manatdan çox olan sahibkarlar əmlak vergisi verəcək

Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

©APA

Son xəbərlər
Digər xəbərlər