10 C
Baku
Thursday, December 12, 2024

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edildi – SƏRƏNACAM

Mətin Eynullayevin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 6 may 2021-ci il tarixdə sərəncam imzalayıb.

“Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilsin”.

Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var.

1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb.

2002-2007-ci illər – Özəl sektorda çalışıb.

2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

2009 – 2013-cu illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.

2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb.

11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

27 dekabr 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edir.

2020-ci il 19 avqust – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

Son xəbərlər
Digər xəbərlər