16 C
Baku
Thursday, April 25, 2024

Ən təmiz havaya sahib olan ölkələr

Dünya üzrə ən təmiz havaya sahib olan ölkələr sırasında birinci yerdə İslandiya, ikinci yerdə isə Finlandiya ölkəsi dayanır. İlk beşliyə Estoniya, İsveç və Avstraliya da daxil olmuşdur. Reytinq Greenpeace təşkilatı və kompüter proqramlarının tərtibatçısı olan AirVisual tərəfindən hazırlanıb.  

Reytinqin müəllifləri 73 dövlətin hava təmizliyini müqayisə ediblər. Onlar bu və ya digər ölkənin şəhərlərində havada olan toz mikrohissəciklərinin miqdarını qiymətləndiriblər. Bu, çirklənmənin ən təhlükəli növüdür. Belə ki, kiçik hissəciklər insanın tənəffüs yollarına daxil olaraq, ağ ciyərdə toplanırlar. Bütün bunlar allergiyadan tutmuş onkoloji xəstəliklərə kimi gətirib çıxara bilər.

Ən çirkli hava Banqladeş, Pakistan və Hindistanda müəyyən olunub.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər