11 C
Baku
Wednesday, May 22, 2024

Ərdoğan: “Avropa Türkiyə üzərindən alacağı qaza görə narahatdır”

“Avropa Türkiyə üzərindən alacağı təbii qaza görə çox narahatdır.

Bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.

“Avropalılar bunun üçün davamlı olaraq xahişlər etməkdədirlər. Biz qaz məsələsi ilə bağlı üzərimizə düşəni edirik və bundan sonra da inşallah edəcəyik”, – deyə o qeyd edib.

“Ən vacib məsələlərdən biri enerji sahəsində – TAP və TANAP üzrə illərdir ki, həyata keçirilən işlərdir. Bununla bağlı bu gün də nazirlərimiz arasında görüş keçirildi. Bundan sonrakı dövrdə daha nələr edə bilərik, bununla bağlı müzakirələr aparıldı”, – deyə Türkiyənin dövlət başçısı əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər