23 C
Baku
Saturday, April 20, 2024

Ərdoğan: “Füzuli aeroportunun açılışında iştirak edəcəyəm”

“Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyik. Bu məsələ ilə bağlı qardaşım Prezident İlham Əliyevlə də danışmışıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi magistral yol və kənd təsərrüfatı ilə bağlı layihələrin açılışında da iştirak edəcək.

Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib.

O, Türkiyənin Azərbaycana minaların zərərsizləşdirilməsi istiqamətində verdiyi dəstəyin davam edəcəyini də vurğulayıb. Ərdoğan, Türkiyənin Azərbaycana minaaxtaran vasitələr göndərdiyini xatırladıb.

Qeyd edək ki, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana bir günlük səfər edəcək.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər