Avropa Komissiyası Asus, Denon & Marantz, Philips və Pioneer şirkətləri tərəfindən insternet mağazalarda minimum pərakəndə qiymətlər təyin etdikləri üçün cərimə tətbiq edib. Bu barədə Komissiyanın mətbuat xidmətindən bildirilib.
Avropa Komissiyasının məlumatlarına görə, bu şirkətlər AB-nin antimonopol qanunlarını pozublar. Cərimələrin ümumi məbləği 111 milyon avronu aşıb.
Milyonlarla Avropalı istehsalçı, mətbəx texnikası, saç quruducuları, noutbuklar, qulaqcıq və digər bir çox məhsul üçün daha yüksək qiymət ödəyiblər.
Rəqabət üzrə Avropa Komissiyasının üzvü
Margrethe Vestager
Araşdırma zamanı məlum olub ki, əgər online mağazalar istehsalçı tərəfindən tələb olunan məbləğdən avadanlığı daha ucuz satırsa, onlara ya çatdırılma dayandırılır yada cərimə tətbiq edilir.