16 C
Baku
Friday, April 26, 2024

“10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq” – Nazir

“Məşğulluq hər bir ölkənin iqtisadi və sosial inkişafında ən önəmli sahəsindən biridir. Bu gün ölkədə məşğulluq bazarı dinamikdir və 10 minlərlə yeni əmək qüvvəsi bazara daxil olur”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sahibkarlar gününə həsr olunan “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məşğulluq alt sistemi vasitəsilə işsizlər haqqında bütün məlumatlar əlçatan olub: “Bu sistemin davamı olaraq məşğulluq proqramları və mexanizmi qısa müddətdə təqdim olunacaq. Ötən il 6000 min ailə aktivlərlə təmin olunub. Eləcə də bu il ərzində 10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq. Gələcəkdə bu rəqəmin 15 minə çatdırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əmək bazarında əlaqələndirilmiş iş təmin ediləcək: “Bu ilin 5 ayı ərzində əmək müqavilələrinin sayı 95 mindən artıq olub. Bu da əvvəlki illərdə müqayisədə olduqca artıqdır. Bu sahədə 17-18 faizlik artım onu deməyə əsas verir ki, sahibkar, özəl sektorlar şəffaf şəkildə işləməyə çalışırlar. Bu artım tendensiyanın daim davam edəcəyi gözlənilir”.

Azvison

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər