22 C
Baku
Friday, April 19, 2024

Azərbaycan hansı ərzaq məhsulları ilə özünü tam təmin edə bilir? – SİYAHI

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kq; kartof 50,7 kq, tərəvəz və bostan məhsulları 97 kq; meyvə və giləmeyvə 46 kq; ət və ət məhsulları 31,5 kq; süd və süd məhsulları 231,3 kq; balıq və balıq məhsulları 7,7 kq; yumurta 153 kq, şəkər və qənd məhsulları 17,4 kq; bitki yağları, marqarin və digər piylər 9,8 kq; kərə yağı 6,7 kq təşkil edir.

Mənbə rəsmi məlumatlara əsasında ölkənin müxtəlif növ sənaye və bitki, heyvandarlıq məhsulları üzrə özünütəminetmə faizini təqdim edir.

 

Bitkiçilik məhsulları ilə özünütəminetmə səviyyəsi ümumilikdə 63, 8 faizdir.

Bunlardan:

  • Buğda 52, 9 faiz
  • Arpa 101, 7 faiz
  • Qarğıdalı 71, 1 faiz
  • Vələmir 85, 7 faiz
  • Sair növ dənlilər 32,0 faiz
  • Paxlalılar 68, 4 faiz
  • Kartof  85, 5 faiz
  • Bütün növ tərəvəz 105, 4 faiz
  • Bostan məhsulları faiz 100,2 faiz
  • Meyvə və giləmeyvə 116,4 faiz
  • Üzüm 89,2 faiz təşkil edir.

Heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi bütün növ mal-qara və quş əti ilə özünütəminetmə səviyyəsi 87,9 faiz təşkil edir.

  • Mal əti və ət məhsulları ilə 93,5 faiz,
  • qoyun (keçi) əti və ət məhsulları ilə  98,7 faiz
  • Donuz əti və ət məhsulları ilə 7, 0 faiz
  • Quş əti və ət məhsulları ilə 79, 1 faiz
  • Süd və süd məhsulları ilə 87, 7 faiz
  • Yumurta ilə 98,8 faiz 98,8 faiz
  • Balıq və balıq məhsulları ilə 82,3 faiz.

 

Əsas növ sənaye məhsulları ilə özünütəminetmə səviyyəsinə görə:

  • Təmizlənmiş düyü 10,1 faiz
  • Un 96,1 faiz
  • Yarmalar 17,6 faiz
  • Tərkibində sirop, yumurta, pendir və ya meyvə cemi olmayan təzə çörək 99,9 faiz
  • Tortlar və şirniyyat məmulatları, şirinləşdirici maddələr qatılmış sair çörək-bulka məmulatları 81,6 faiz
  • Suxarı və peçenye istehsalı, uzun müddət saxlanan qənnadı məmulatları 31,5 faiz
  • Şəkərli-unlu qənnadı məmulatları 30,4 faiz
  • Makaron məmulatları 51,1 faiz
  • Bitki yağları 36,9 faiz
  • Marqarin 105,7 faiz
  • Meyvə və tərəvəz şirələri 110,0 faiz
  • Meyvə və tərəvəz konservləri 92,9 faiz
  • Yağlılığı 1-6 faiz olan süd və qaymaq 99,5 faiz
  • Yağlılığı 6 faizdən çox olan süd və qaymaq 95,4 faiz
  • Kərə yağı 75,6 faiz
  • Bütün növ pendirlər 88,3 faiz
  • Qatıq, qaymaq, yoqurt və s. məhsullar 95,2 faiz
  • Şəkər istehsalı üçün xammal 5,9 faiz
  • Şəkər 114, 4 faiz
  • Çay 44,9 faiz
  • Duz 100,3 faiz
  • Şirinləşdirilmiş mineral və qazlı sular 96,6 faiz
  • Şirinləşdirilmiş mineral və qazlı sular 81,5 faiz təşkil edir.
MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər