-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edilib

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 20 oktyabr 2017-ci il saat 16.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün müraciət (ərizə);

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydada təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

– Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 4 dekabr 2017-ci ilədək qüvvədə olmalıdır);

– tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank təminatı formasında);

 – iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;

 – son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

 – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış;

– iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada);

– sığorta qanunvericiliyinə uyğun onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 19 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərflərdə, digər tələb olunan sənədləri isə ən geci 10 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərflərdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İştirak haqqı 200 (iki yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

H/h: AZ25NABZ01701190000000001944

M/h AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamenti.

5. Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2017-ci il.

6. Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.

7. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: maliyyə və texniki.

8. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxslər: Hüquq departamentinin əməkdaşları: Elvin Şirdanov ([email protected],  Tel: 4931122 (daxili 428), İnsan Resursları Departamentinin əməkdaşı: Aynurə Salihova [email protected], Tel: 4931122 (daxili 225).

Son xəbərlər
Digər xəbərlər