9 C
Baku
Thursday, December 12, 2024

16 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olundu

22 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla  bağlı 1, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Ricat” market Xətai rayonu, Naxımov küçəsi, ev 15 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 Əliyev Əli Müşviqoviçə məxsus market Binəqədi rayonu, Xocəsən qəsəbəsi,

ev 123H

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Netto” market Binəqədi rayonu, Xocəsən qəsəbəsi, ev 26 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
4 “Göyçay” market Sumqayıt şəhəri, H.Əliyev prospekti Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5 “Halal” market Şamaxı rayonu, Muğanlı kəndi 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

6 “Muğam” market Şamaxı rayonu, Muğanlı kəndi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 “Nur” market Şamaxı rayonu, Muğanlı kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

8 “Ağdam” market Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospekti Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “Daniel” market Zaqatala rayonu, Əliabad qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Elgün” market Qəbələ şəhəri, Z.Əliyeva küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına

dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

11 “Halal” market Qəbələ şəhəri, A.Səhhət küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
12 “Kamaloğlu” market Qəbələ şəhəri, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
13

 

“Kristal” kafesi Gəncə şəhəri, C.Cabbarlı küçəsi 13 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14 “Yeni Günəş” restoranı Gəncə şəhəri, Z.Hacıyev küçəsi 109 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Alaturka” dönər evi Gəncə şəhəri, H.Əliyev prospekti 143 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
16 “Osmanbəy” dönər evi Gəncə şəhəri, Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər