Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-18 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Banker.az xəbər verir ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.