26 C
Baku
Friday, April 19, 2024

“Apple” şirkəti ABŞ-a 60 mlrd. dollar vəsait yatırıb

“Apple” 2018-ci ildə 9000 ABŞ şirkəti və ya 450 min insana dəstək olmaq üçün 60 mlrd. dollar xərcləyib.

Banker.az xəbər verir ki, 2017-ci il ilə müqayisədə şirkətin ABŞ iqtisadiyyatına qoyduğu investisiya 10% artıb. Xüsusilə, ötən il “Apple” “Finisar” şirkətinə “Face ID” sisteminin sifarişi üçün 390 mln. dollar xərcləyib.

Şirkətin hesabatlarına görə, şirkətin son ildə iş yeri, ABŞ şirkətlərinə maliyyə dəstəyi dəfədən çox artaraq 50 ştatı əhatə edib.

Bundan başqa, rəsmi rəqəmlərə görə, “Apple” şirkətinin 80 min əməkdaşı var və 1,5 mln.dan artıq şəxs isə “Apple”ın ortaq olduğu şirkətlərdə çalışır.

©finans.az

Son xəbərlər
Digər xəbərlər